İran razılaşmaya ümid etdiyini bildirib

İran, altı böyük dövlətlə başladığı nüvə müzakirələrində bu gün nəticə olacağına ümid edir. Danışıqlarda istirak edən Abbas Araqçı, Tehranın bu gün gecə saatlarına qədər çərçivə razılaşmasına ümid etdiklərini bildirib. Araqçı, İran dövlət televiziyasına müsahibəsində bildirib: "Danışıqları çərşənbə gecəsinə qədər tamamlamağı ümid edirik. Maliyyə, neft və bank sektoruna istiqamətli sanksiyaların dərhal qaldırılmasında israrlıyıq. Sanksiya altında olan digər sahələrlə bağlı da müzakirə aparılır. 
 
 
azadliq.info