Hazırda dünyanın 22 ölkəsində məhkumlara qarşı ölüm hökmündən istifadə olunur. «Amnesty International»ın araşdırmalarına görə, 2014-cü ildə ümumilikdə 2466 nəfər ölüm hökmünə məhkum edilib. 2013-cü ildə bu rəqəm 2000-dən az idi. Cəzanın ən çox tətbiq edildiyi ölkə Çindir. Lakin rəsmi statistikanı gizlətdiyi üçün Çinlə bağlı rəqəmlər qeyri-müəyyəndir. Siyahıya liderlik edənlər arasında İran da var. Ötən il bu ölkədə 289 nəfər barəsində ölüm hökmü çıxarılıb. Bu, hökumətin rəsmən etiraf etdiyi rəqəmdir. Qeyri-rəsmi statistikaya görə, ötən il İran daha 454 nəfəri bu cəzaya məhkum edib.
Səudiyyə Ərəbistanında bu rəqəm 90, İraqda 61, ABŞ-da 35 olub. «Amnesty International» hesab edir ki, Çin, Şimali Koreya, İran, Səudiyyə Ərəbistanı, Misir və Nigeriya kimi ölkələrdə bu cəzadan terrorla mübarizə, daxili münaqişələri çözmək və hökumətin əleyhdarlarını susdurmaq üçün istifadə olunub.
Gültəkin