Lukaşenkonun rəqibi qadın olacaq

Belarusda prezidentliyə müxalifətin vahid namizədi qadın ola bilər. Bu proqnozu yerli siyasi icmalçılar verirlər. Doğrudur, onlar onu da vurğulayırlar ki, qadın namizədin Belarusda qalib gəlmək şansı yoxdur, müxalifət əvvəlcədən məğlub varinatı göz önünə alaraq, prezident seçkiləri kampaniyasında ciddi iştirak etmək istəmir.
 
2015-ci il prezident seçkiləri ilə kampaniyada qadın namizədin iştirakı məsələsi Belarusda artıq iki ildir qaldırılır. Prezident olmaqla bağlı iddiasını ilk açıqlayan Olqa Karaç olub. Karaçın şəxsiyyəti təkcə cavan olması (36 yaşı var) ilə bağlı deyil, həm də onunla bağlıdır ki, siyasi karyerasını paytaxt Minskdə yox, vilayət şəhəri Vitebskdə qurur. O, hazırda “Bizim ev” vətəndaş kampaniyasına rəhbərlik edir və siyasi karyerasını sosial-məişət problemlərini kənara qoyaraq qurur. 
 
Prezident kürsüsü uğrunda mübarizəyə qoşulmaq niyyətini bəyan edən ikinci qadın 53 yaşlı, “Tavarıstva belaruskay movı”nın sədri Yelena Anisimdır. O, müsahibələrinin birində deyib ki, elektoratı nə hakimiyyətə, nə də müxalifətə etibar edən adamlardır. Anisimin indiyədək heç bir siyasi fəaliyyəti müşahidə olunmayıb, o, televiziyada “Belaruskaya mova” proqramının aparıcısıdır.
 
Belarusda prezident seçkiləri 2015-ci il noyabrın 15-də keçiriləcək. (Modern.az)