Günün ulduz falı (31.03.2015)

«AZADLIQ»IN RƏSƏDXANASI
 
QOÇ 
Başladığınız işlərdə uğur əldə edəcəksiniz. Tələsməyin, iş görərkən səbirli olun. Problemlərin kökünü araşdırın. 
BUĞA
Hadisələri mürəkkəbləşdirməyin. Gələcəklə bağlı ümumi planlarınızın olduğu insanla ünsiyyətdə fayda var. Maraqlarınız və tələblərinizi təmin etməyə çalışın.
ƏKIZLƏR
Bütün işləri birdən görməyə cəhd göstərməyin. Əsas işləri nəzarətdə saxlayın. Səhhətinizə fikir verin. Imkan varsa, yaxşı qidalanın, açıq havada gəzintiyə çıxın.
XƏRÇƏNG
Bu günə faydalı ideyalar istisna deyil. Işgüzar əməkdaşlıqda yeniliklər, problemlərin uğurlu həlli gözlənilir. Həyatınızda köklü dəyişikliklər etməyin. Bu gün yaxın ətrafınızdakı insanlarla münasibətləri dəyərləndirərək davranmaq gərəkdir.
ŞIR
Size pərişan edəcək informasiya alacağınız ehtimal olunur. Problemləri həll etmək, çətin vəziyyətdən çıxış yolu aramaq mütləq ehtiyac olacaq. Fiziki iş, ev işi, axşam saatlarında gəzinti faydalıdır.
QIZ
Günün ikinci yarısı işgüzar görüşlər və danışıqlar üçün faydalıdır. Rəhbərliklə yeni ideyanı müzakirə etmək olar. Qarşılıqlı mənfəət vəd edən yeni əməkdaşlığa başlamaq üçün məhsuldar gündür.
TƏRƏZI
Rəqiblərin əməllərinə fikir verməyin. Daha çox şəxsi münasibətlərə fikir verin. Bununla belə, fəaliyyətinizin mənfəətinin azalmasına rəvac verə biləcək addımlar atmayın.
ƏQRƏB 
Planlarınız geniş miqyaslıdır, yeni imkanlar vəd edir. Bir qədər tək qalın. Sizi çoxdan narahat edən problemlərin qəfil, gözlənilməz həlli yollarını tapacaqsınız.
OXATAN
Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Məqsədlərinizi konkretləşdirin, hədəfə çatmaq üçün fəal olun. Şəxsi müstəvidə seçib sevdiyiniz insan sizdən diqqət və qayğı gözləyir.
OĞLAQ
Problemlər çətinləşir. Daxil olan informasiyaları süzgəcdən keçirin. Axşam saatlarında rahatlıqla dincəlin. Yaranmış imkandan bəhrələnməyə çalışın.
DOLÇA
Işdə münasibətlər gərginləşəcək.Əvvəllər gerçəkləşdirə bilmədiyiniz iş bu gün qəflətən həllini tapacaq. Zəhmətiniz nəticəsiz qalmayacaq.
BALIQLAR
Bu gün gəlirlərinizi çoxalda biləcək işlərlə məşğul olun. Planlaşdırdığınız işlərə hazırlaşmaq əlverişlidir. Tələsməyin. Ünsiyyətdə də səbirli olun.