
İstanbul prokurorluğunun binasında girov saxlanılarkən ağır yaralanan prokuror Səlim Kiraz xəstəxanada dünyasını dəyişib. Bu barədə Türkiyə baş nazir Əhməd Davudoğlu yerli telekanallara açıqlamasında bildirib. Məlumata görə, ciddi nəzarət altında olan prokurorluğun binasına silah hələlik adı açıqlanmayan vəkil tərəfindən keçirilib.
***
23.40
Atışmada 3 terrorçu öldürülüb
Bu gün naməlum silahlı şəxslər tərəfindən İstanbul prokurorluğunun binasında girov götürülən prokuror Səlim Kiraz təhlükəsizlik xidməti əməkdaşları tərəfindən azad edilib. Ağır yaralı vəziyyətdə olan prokuror xəstəxanaya çatdırılıb. Bu barədə Türkiyə telekanalları məlumat yayıb. Məlumata görə, prokurorluq binasının ətrafında olan təhlükəsizlik xidməti əməkdaşları atəş səsləri eşidib və binaya daxil olublar. Səlim Kiraz ağır yaralı vəziyyətdə tapılıb. Üç silahlı terrorçu isə təhlükəsizlik xidməti əməkdaşları ilə atışmada öldürülüb.
azadlıq.info


