Kluba rəhbərlik Müşahidə Şurasına verildi, yazıçı isə Şuranın sədri seçildi
Bu gün Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının tərkibi təsdiqlənib.
Qol.az-ın məlumatına görə, iclasdan sonra jurnalistlərə açıqlama verən şirkətin rəhbəri, AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin yaradıldığını və Müşahidə Şurasının da həmin qurumu tərkibində faəliyyət göstərəcəyini deyib.
AFFA prezidenti xalq yazıçısı Çingiz Abdullayevin Şuranın sədri, Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanovun qurumun üzvləri təyin olunduğunu vurğulayıb.
Bildirilib ki, “Neftçi” futbol klubunun idaretməsi Müşahidə Şurasında olacaq.
***
Xalq yazıçısı Çingiz Abdullayev “Neftçi” Futbol Klubuna prezident seçilməsi ilə bağlı Kulisə açıqlama verib. Yazıçı bildirib ki, bu gün axşam saat 17-də “Neftçi” FK-da seçki keçiriləcək, seçkidən qabaq heç nə deyə bilməz.


