Yunanıstan yığmasının futbolçuları ağır qəzaya düşdü

Yunanıstanın futbol üzrə milli komandasının futbolçuları ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törədib. Martın 29-da Macarıstan ilə keçirilən oyundan sonra milli futbolçulardan  Vabgelis Maros, Yannis Fetfasidis və Panagiotis Taçsidisin  olduqları avtomobil  taksi ilə toqquşub. Qəza nəticəsində taksi sürücüsü hadisə yerində keçinib. Futbolçular xəstəxanaya yerləşdirilib.
 
Yunanıstan Futbol Federasiyasıda faktı təsdiqləyib və oyunçularının həyat üçün risklərin olmadığını bildirib.