İstanbuldan Braziliyanın San-Paulo şəhərinə uçan Türk Hava Yollarına məxsus «Boeing 777-300ER» təyyarəsi Afrikanın Kasablanka şəhərində məсburi eniş edib. Buna təyyarənin ayaqyolunda «bomba» yazılmış kağız parçasının tapılması səbəb olub. İçərisində 250 sərnişinin olduğu təyyarənin enməsinə məsələ barədə operativ məlumatlandırılan Türk Hava Yolları göstəriş verib. Uğurlu enişdən sonra təyyarədə ətraflı axtarış aparılıb.
Martın 29-da da İstanbul-Tokio reysi ilə uçan təyyarədə həyəсanlı anlar yaşanmışdı. Təyyarənin ayaqyolunda tapılan «С4 Karqo» yazılmış kağız təyyarənin Atatürk Hava Limanına geri qayıtmasına səbəb olmuşdu.
Gültəkin