
“Səhhəti və saxlanma şəraitindən şikayəti yoxdur. Gedəndə qızım Zeynəbi də özümlə apardım, görüş maneəsiz keçdi. Bu günə kimi o qədər xahişlərin, müraciətlərin heç bir nəticəsi olmadı. Buna görə də yenidən nəsə deməyimin əhəmiyyəti olacağına inanmıram. Hamı kimi biz də martın 18-də imzalanan əfv sərəncamında Pərvizin də adının olacağını gözlədik. Amma düşmədi… Yəqin ki, nəsə mane oldu”.
Pərviz Həşimlini 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. “Amnesty İnternational” təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.