Oliqarxlar vətəndaşları necə aldadır?

Vahid Məhərrəmov ölkəyə gətirlən məhsulların real qiymətlərini açıqladı
 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bazara çıxarılan məhsulların real qiymətləri ilə bağlı maraqlı araşdırma aparıb. Azərbaycanda monapoliyanın hökm sürdüyünü və vətəndaşın ağır şərtlərlə sınağa çəkildiyini hamı bilir. Vahid müəllim isə bazarda təklif olunan idxal məhsullarının konkret qiymətlərini nəzərimizə çatdırır. Göstərilən rəqəmlər 1 kiloqram malın idxal dəyərini (ABŞ dolları ilə) ifadə edir, alıcının neçə dəfə aldandığı həqiqətini ortaya qoyur.
 
qabığı təmizlənmiş badam – 0,49;
 
banan təzə qurudulmuş – 0,92;
 
qabığı təmizlənmiş qoz-0,97;
 
qurumuş qara gavalı – 0,45;
 
qurudulmuş üzüm -0, 52;
 
qurudulmuş ərik – 0,50;
 
qabıqlı badam – 0,55;
 
keşyu fındığı -0,46;
 
təzə heyva – 0,31;
 
hind qozu -0,61;
 
şabalıd – 0,49;
 
püstə – 0,99.
 
Məsələ ondadır ki, bu göstəricilər Dövlət Statistika Komitəsinin müvafiq hesabatında da öz əksini tapıb və sıravi vətəndaşın bu barədə məlumatsızlığı işbazlar üçün yaxşı fürsət yaradıb. Qeyd
 
olunan rəqəmlər araşdırılanda məlum olur ki, komitə hesabatları bəzi məhsulları idxal olunan ölkədəki real qiymətindən də az göstərib. Vahid Məhərrəmov deyib ki, bu gün bazarda qiyməti tələb-təklif deyil, elə inhisarçıların özləri müəyyənləşdirirlər: “Alıcıların da başqa seçimi yoxdur. Yerli məhsul və istehsal idxalı üstələyə bilmir ki, qiymətlər alıcının cibinə görə dəyişsin. Bir də, camaat arasında idxal məhsullarının yerli məhsullardan daha keyfiyyətli olması fikri də, fürsətbazlara imkanlar yaradır. İnhisarçılar da bundan sui-istifadə edirlər. Nəticədə alıcılar hər hansı məhsulu qat-qat baha qiymətə almaq məcburiyyətində qalırlar.”
 
Yuxarıdakı qiymətlər onu deməyə əsas verir ki, məmurlar təkcə vətəndaşı aldatmır, həm də vətəndaşı müflisləşdirir. Ölkəyə idxal olunan məhsulu 20 dəfə baha qiymətə satışa çıxarmaq, vətəndaşa qarşı xəyanətdir.