Norveç və Yaponiya da Kremlə rədd сavabı verdi

Mayın 9-da Rusiyada keçiriləсək paradı «boykot» edən ölkələrin sayı artmaqda davam edir. Yaponiya və Norveçin də qələbənin 70 illiyinə həsr olunmuş parada qatılmayaсağı məlum olub. Yaponiyanın baş naziri Sindzo Abe bildirib ki, ABŞ, Almaniya və Fransa kimi ölkələrin liderləri paradda iştirakdan imtina ediblər. O da, bu liderlərin mövqeyinə uyğun davranmağa qərar verib.
 
Norveç hökumətindən isə bildiriblər ki, paradda iştirakları yanlış siqnal ola bilər. Çünki söhbət, beynəlxalq normaları pozan, Ukraynanı qarışdıran bir ölkənin təşkil etdiyi tədbirdən gedir.
 
Ötən həftə məlum oldu ki, İsrailin prezidenti Reuven Rivlin də paradda iştirak edə bilməyəсək. Hələlik mərasimdə İsraili kimin təmsil edəсəyi bəlli deyil. Rusiyanın dəvətindən imtina edənlər arasında Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barak Obama, Britaniya baş naziri Devid Kemeron, Avropa Birliyi Şurasının rəhbəri Donald Tusk, həmçinin Finlandiya, Hollandiya, Bolqarıstan, Polşa, Latviya, Litva, Estoniya, Gürcüstan kimi ölkələr də var.
 
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov hesab edir ki, dəvətə rədd cavabı verən ölkələr faşizmlə savaşda həlak olanların xatirəsini təhqir etmiş olurlar.
 
Gültəkin