Yeni qatarlar Bakı Metropoliteninin üçüncü xəttinə buraxılacaq Bakı metropoliteni yeni qatarlar alıb. Qatarlar artıq Azərbaycana göndərilib. Rusiyanın “Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC "Bakı Metropoliteni" QSC-yə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının göndərilməsinə başlayıb.
Hər biri 5 vaqondan ibarət 2 qatar mart ayında Azərbaycana göndərilib, daha bir qatarın isə apreldə tədarük edilməsi planlaşdırılır.
Bakı Metropoliteni ilə bağlanmış müqaviləyə əsasən, metropoliten hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Yeni qatarların Bakı Metropoliteninin üçüncü xəttinə buraxılması nəzərdə tutulub. (ans)


