Yəmən prezidenti İranı ittiham etdi

Yəmən prezidenti Abd Rəbbu Mənsur Hadi rəsmi Tehranı ölkəsinin əksər hissəsinə nəzarət edən husiləri silahlandırmaqda ittiham edib. Hadi bunu Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində deyib.
 
Yəmən prezidenti qeyd edib ki, İran Yəmən xalqına qarşı "gizli danışıq aparır.
 
"Husilərin İrandan aldığı silahı yerə qoyana qədər, o cümlədən İranla Yəmən xalqına qarşı apardığı gizli danışıqlardan imtina edənədək hərbi əməliyyatları davam etdirməyi təklif edirəm", – deyə Hadi bildirib.