“Yəmən sabitliyə qovuşana qədər əməliyyat davam edəcək”

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, Yəməndə başladılan hərbi əməliyyatların ölkə güvən və sabitliyə qovuşana qədər davam edəcəyini bildirib. Kral Salman Ərəb Birliyi sammitinin açılışında belə bir bəyanat verib. Yəmən prezidenti Hadi isə ölkənin böyük hissəsini ələ keçirən Husi  üsyançılarını "İranın kuklası" adlandırıb. Hadi, Səudiyyə Ərəbistanı liderliyindəki əməliyyatı yəmənliləri qorumaq üçün atılan addım kimi dəyərləndirib. BMT baş katibi Pan Gi-Mun isə Yəməndə uzun  sürən qarşıdurmanı həll etmək üçün müzakirələrin əsas hədəf olduğunu  bildirib.
 
azadliq.info