Azərbaycan yığması seçmə mərhələdə ilk qələbəsini qazandı

“Avro-2016”nın  seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilin. Azərbaycan milli komandası da növbəti matçına çıxıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma meydanda Malta ilə qarşılaşıb.  Oyun millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da milli komandamız "Avro-2016"nın seçmə mərhələsində ilk qələbəsini qazanıb.
 
Bu matç R.Prosineçki üçün millimizdə ilk rəsmi oyun olub.