Prezidentin maşınına tüpürən cərimələndi

Ərdoğanın maşınına tüpürən 28 yaşlı Fatih Koçkəsənə pul cəzası kəsilib 
 
Prezident Rəcəb Tayyib Ərdoğanın avtomobilinə tüpürən gəncin cəzası bəlli olub. Baş nazir olduğu dövrdə Ərdoğanın avtomobilinə tüpürdüyü iddiasıyla mühakimə olunan 28 yaşlı Fatih Koçkəsənə “İctimai vəzifəlini təhqir etməkdə  təqsirli bilinmə” maddəsi ilə pul cəzası kəsilib. 
Şübhəlinin şəxsiyyəti, ictimai və iqtisadi vəziyyəti, mühakimə etmə prosesində peşmanlığı və cinayətin xüsusiyyətlərini nəzərə alan məhkəmə  Koçakəsənə 7 min 600 lirə  pul cəzası verib. Şübhəlinin daha əvvəl cinayət törətmədiyi nəzərə alınaraq ona oxunan hökm ləğv olunub. (qafqazinfo)