Xırdalanda çoxmərtəbəli yaşayış binası yandı

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
 
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, binanın 3-cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb. Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın söndürülüb.