Temperatur yüksəlir

Martın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşama doğru bəzi yerlərdə çiskin olacağı ehtimalı var, həmçinin, şimal küləyi əsəcək. Bugündən etibarən yaxın 2-3 gün ərzində Bakıda hava şəraiti mülayimləşəcək, temperatur tədricən yüksələcək. Bölgələrdə isə sabahdan başlayaraq yağıntılar kəsiləcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Rayonlarda martın 25-də bəzi yerlərdə yağış yağacaq. Dağlıq və dağətəyi ərazilərdə sulu qar və qara keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.