Qəzaya uğrayan təyyarədə 39 Türkiyə vətəndaşı olduğu bildirilir

 
"24 Saat" xəbər kanalı, bu gün səhər saatlarında qəzaya uğrayan  Almaniyanın "Germanwings" Hava Yollarına məxsus «Airbus A 320» təyyarəsində  39 türk soyadlı sərnişin olduğunu iddia edib.Kanal Fransada  rəsmi səfərdə olan İspaniya kralı Vl Filipə istinadən xəbər yayıb. İspan karalı Fransa prezidenti Ollandla birgə açıqlamasında təyyarədə Alman, İspan və Türk vətəndaşlarının olduğunu bildirib. Qəzada ölən 148 nəfərin ikisinin uşaq, əksəriyyətinin isə tələbə olduğu bildirilir.
 
***
Artıq qəzada öldüyü ehtimal olunan Türkiyə vətəndaşlarından birinin 36 yaşlı Gülizar Çəlik olduğu dəqiqləşib. Gülizar Çəlik İstanbullu yaşayır, ailəlidir.
 
 
***
Türkiyənin xarici işlər naziri Nazir Çavuşoğlu, qəzaya uğrayan təyyarədə 39 Türk sərnişin olduğu haqda jurnalistlərin suallarını cavablandırıb: " Qəzada 50 yaşında Muradıya Loğman adında bir qadın öldüyünü müəyyən etdik. Ailə qurmadan öncə soyadı Çelik olan Muradıya, türk əsillidir.  Sərnişinlər arasında Yasmin adında bir sərnişin də var, amma türk olub olmadığını hələlik bilmirik".
azadliq.info