Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək seçkilərdə digər namizədin qalib gələcəyini istisna etmir. Belə bir fikri o WorldSkills International təşkilatının sədri Saymon Bartli ilə görüş zamanı səsləndirib. Putinə dəfələrlə növbəti seçkilərdə iştirak edib etməyəcəyi ilə bağlı sual verilsə də, onun cavabı birmənalı olmayıb. Sonuncu dəfə ona 2014-cü ilin dekabrın 18-də belə bir sualla müraciət ediblər. Lakin Putin bununla bağlı qərar verməyin hələ tez olduğunu deyib.
azadlıq.info


