ABŞ-da neft istehsalında artım, Amerika neft ehtiyatlarının rekord səviyyədə artmasına səbəb olub. 11 marta qədər olan məlumatlar, ölkə səviyyəsində ehtiyatların 449 milyon barrellə indiyə qədərki ən yüksək səviyyəyə qalxdığını göstərir. Yalnız Cushingdeki anbarlar dolu deyil, ABŞ-ın az qala bütün neft saxlama qurğuları tamamilə doldur. Orta qərb bölgəsindəki depoların doluluq nisbəti 70 faizə çatdığı halda, Şərq zolağındakı anbarların isə təxminən 90 faizə qədər dolduğu bildirilir. "Bloomberg Business" jurnalına açıqalma verən Citigroup Global Əmtəə Araşdırmaları Bölümünün eksperti Ed Morse, ABŞ-da xam nefti saxlayacaq anbarların əsas problem olduğunu bildirib. Ekspertə görə, neft şirkətləri əllərindəki xam nefti saxlamaq üçün yer tapa bilməzsə, ABŞ sürətlə mövcud idxalı kəsəcək və nəhayət öz istehsal sürətini ləngitmək məcburiyyətində qalacaq. Bu da neft qiymətlərində böyük enişə yol açacaq. Citigroup Əmtəə Masasından Ed Morse və analitiklər qrupu, anbarların tam dolmasının ardından neft qiymətlərinin 20 dollara qədər düşəcəyini nəzərdə tuturlar. azadliq.info


