
Estoniyadakı xəstəxanaların birində yatan Tallinin meri Edqar Savisaarunun ayağını amputasiya ediblər. Həkimlər merin vəziyyətinin kritik olduğunu deyirlər. Xəstəxanadan verilən məlumata görə, martın 18-də Savisaarunun vəziyyəti aindən pisləşib: «Qızdırması qalxdı və halsızlaşdı. Bütün simptomlar sətəlсəmə işarə verirdi. Lakin sonradan həkimlər streptokok infnksiyasına görə ayaqda zədə aşkarladılar. Müayinədən sonra qərara alındı ki, əməliyyat olmalıdır. Ailəsi ilə danışıb amputasiya barədə xəbərdarlıq etdik. Əks halda infeksiya sürətlə yayılacaqdı. Sepsis nəticəsində bir çox orqanlara, eləcə də böyrəklərə ciddi zərər dəyib. O, hələ ki narkoz altındadır». Qeyd edək ki, 64 yaşlı mer Rusiyaya yaxınlığı ilə tanınır. 2010-cu ildə «Postimees» qəzeti onu Rusiyanın casusu adlandırmışdı.
Gültəkin


