
Bu gün Fransada baş verən təyyarə qəzasında elan edildiyi kimi, 148 yox, 154 nəfər dünyasını dəyişib. Xilasedicilərin hadisə yerində tərpənən yaralılar gördüyü barədə xəbər də təsdiqini tapmayıb. Fransa prezidenti Fransua Olland bildirib ki, sərnişinlərdən heç kim qəzadan sağ çıxa bilməyib.
Qeyd edək ki, Almaniyanın «Germanwings» Hava Yollarına məxsus «Airbus A 320» təyyarəsi Barselonadan Düsseldorfa uçurmuş. Fransanın cənubunda qəzaya uğrayan təyyarə 12 böyük hissəyə parçalanıb. Məlumatlara görə, sərnişinlərin əksəriyyəti almanlar olub. 45 sərnişinin isə İspaniya vətəndaşı olduğu bildirilir. Xilasedicilərin dediyinə görə, ölənlərin cəsədlərini tapmaq bir neçə gün vaxt alacaq. Çünki qəza mürəkkəb relyefli dağlıq ərazidə (Alp dağları) baş verib və bu da axtarışları xeyli çətinləşdirir.

















Gültəkin


