Yanukoviçin dəfnindən ilk fotolar

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin onunla eyni adı daşıyan oğlu Viktorun dəfnindən ilk fotolar yayılıb. 33 yaşlı Viktor Krımda – Sevastopoldakı hərbiçilər qəbiristanlığında dəfn edilib. V.Yanukoviçin meyitini bura çarter reysiylə Simferopoldan gətiriblər. Ukrayna vaxtıyla saat 14.10-da təyyarə hava limanına enib. Sevastopoldakı kilsələrin birində dua mərasimindən sonra gənc Yanukoviç torpağa tapşırılıb. Məlumata görə, dəfndə yalnız Yanukoviçin ailə üzvləri və yaxın dostları iştirak edib.
 
 
 
Gültəkin