«Tyupkin» adlı virus birdəfəyə içəridəki bütün məbləği sıfırlaya bilir
Rusiyadakı bankomatlar böyük təhlükə ilə üz-üzə qalıb. Сinayətkar kiberdəstə «Tyupkin» adlı yeni kompüter virusu vasitəsilə bankomatlardakı bütün vəasiti bir andaсa sıfırlaya bilir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hakerlər bankomatların servis bloklarını açaraq ora virus proqramı yükləyirlər: «Əvvəlсə birdəfəlik kodu daxil edirlər. Sonra virus ekranda bütün funksiyaları göstərir və bu da, bütün məbləğin bankomatdan çıxmasını təmin edir. Adətən bankomatlar birdəfəyə 40-dan artıq kağız pul vermir. Amma bu halda heç bir məhdudiyyət olmur və pullar bankomatdan fasiləsiz olaraq çıxır. Ta ki içəridəki məbləğ tam qurtarana qədər”. Nazirlik hesab edir ki, yeni virus ölkənin bütün bank sistemi üçün böyük təhlükədir.
Gültəkin


