Nazir müavininə qarşı korrupsiya ittihamı

Yunanıstanın daxili işlər nazirinin müavini Georqios Katruqalosun adı korrupsiya qalmaqalında hallandırılır. Məlumatlara görə, Katruqalosun rəhbəri olduğu hüquq kontoru hökumətin işdən azad etdiyi 300 keçmiş məmurla müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, işə bərpa edilən hər məmur alacağı kompensasiyanın 12 faizini kontora ödəməlidir. Bu olaydan sonra ölkə müxalifəti nazir müavininin istefasını tələb etvəyə başlayıb. Mətbuat konfransı keçirən Katruqalos isə bildirib ki, məlum razılaşmadan ona heç nə çatmayıb. Dediyinə görə, Avroparlamentdə təmsil olunduğu gündən həmin kontorla əlaqələrinə son qoyub.

Gültəkin