Alman tarixçi Kremlin indiki siyasətini nasizmlə müqayisə etdi
Putinin siyasəti Rusiyanı süquta aparır. Belə bir iddia ilə Almaniyanın tanınmış tarixçisi və publisisti Erd Kenen çıxış edib.
O, Almaniyanın “Die Zeyd” qəzetində dərc olunmuş “Putin nə edir?” başlıqlı məqaləsində yazır ki, indi Rusiyada baş verənlər Almaniyada nasizmin meydana çıxdığı dövrü xatırladır. Nasizm məğlub olduğu kimi, bu siyasətlə Rusiyanı da labüd süqut gözləyir:
“Rusiya prezidenti Vladimir Putin dünyada on illər ərzində formalaşmış düzəni sınağa çəkir. Ciddi resurs çatışmazlığı səbəbindən bu siyasət Rusiyanı süquta doğru aparır. Putin tarixə qüdrətli Rusiyanın rəhbəri və Avrasiyanın lideri kimi düşmək istəyir. Bu məqsədlə o, imperiya doktrinasını dirildib.
İndiki Rusiya Ukrayna və Moldova kimi dövlətləri faktiki suveren dövlət olaraq tanımır. Putin Rusiyanın inqilabdan əvvəlki gücünü özünə qaytarmaq istəyir. Putin Rusiyası genişmiqyaslı təbliğat kampaniyası aparır. İş o həddə çatıb ki, onlar Ukraynada faşizmlə mübairzə kimi açıq-aşkar yalançı şüarın təbliğindən çəkninmirlər.
Rusiyanın indiki dövrünü Almanıyanın iki dünya müharibəsi arasındakı vəziyyətilə müqayisə etmək olar. Versal sülh müqaviləsi Almaniyada çox böyük narazılığa və məyusluğa səbəb olmuşdu. Məhz bu dalğada Almaniyada nasizm ortaya çıxdı. Nasist ideyalarının hansı aqibətlə üzləşməsi hamıya bəllidir. Vaxtilə Almaniyada, indi isə Rusiyada dolaşan belə ideyalar daxili boşluğun və özünəinamın olmaması nəticəsidir. Rusiyanın indiki davranışları ölkəni labüd süquta aparır. Demoqrafiq vəziyyətin durmadan pisləşdiyi, sənayenin, texnoloji və elmi potensialın çox aşağı olduğu bu ölkədə indi aparılan siyasətin süqutdan başqa nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur…”.
azadliq.info