Obama Netanyahuya: “Başına çarə qıl”

Seçkiyə 24 saat qalmış “Baş nazir olduğum müddətdə Fələstin dövlətinin qurulmasına əsla icazə verməyəcəyəm" deyən İsrailin baş naziri Netanyahu, son davranışlarına görə müttəfiqləri tərəfindən sərt münsaibətlə qarşlaşıb. Hətta qəbul etdiyi təbrik zəngləri də Netanyahu üçün başağrısına çevrilib.  “New York Times” və İsrail televiziyası “Channel”in yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama, yenidən baş nazir seçilməsi münasibətilə etdiyi təbrik zəngində, Netanyahuya Fələstinlə bağlı açıqlamalarının qəbuledilməz olduğunu xatırladıb və bundan sonra ondan komək gözləməməsini məsləhət görüb: "Bu mövqeyin mənim üçün keçərli deyil, artıq başına çarə qıl”,-deyə Obama bildirib.
 
"Artıq sənə güvənmirəm"
 
Tərəflər arasında baş tutan telefon danışığının təfərrüatından məlumatlı olan ABŞ və İsrail səlahiyyətlilərinin verdiy məlumatlara görə, seçkidən öncə “Şərtlər yaxşılaşarsa, Fələstin dövlətinin qurulmasına qarşı deyiləm" bəyanatı verən Netanyahunun mövqeyindəki radikal dönüşə etiraz edən  Obama, Netanyahuya etibar limitinin bitdiyini xatırladıb: “Artıq sənə etibarım yoxdur”.
 
“Veto ənənəsinə son veririk”
 
Çox gərgin keçən telefon danışığı zamanı Obama, Netanyahuya BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İsrail əleyhinə yönəlmiş qərarlara veto tətbiq etmə ənənəsinin artıq sona çatdığını da eyham edib.
 
azadliq.info