Məsсid teraktı: ölü sayı 150-yə çatdı

Dünən Yəmənin paytaxtı Səna şəhərindəki iki ayrı məsсiddə törədilən partlayışda ölənlərin sayı 150-yə çatdı. Artıq teraktı kimin törətdiyi də bəllidir. Сihad qruplaşması olan «İslam Dövləti» hadisəyə görə məsuliyyəti üzərinə götürüb. Bu qruplaşma Yəməndə ötən ilin noyabrından fəaliyyət göstərir. Silahlılardan ibarət olan qrup bu müddət ərzində bir neçə belə hücum təşkil edib. Son insidentdə isə qruplaşmanın dörd üzvü cümə duası zamanı məscidlərə girərək özünü partladıb. Hadisənin baş verdiyi məscidlərə əsasən Yəməndəki şiələr gedir. Hazırda ölkənin 21 əyalətindən 9-na məhz bu məzhəbin təmsilçiləri rəhbərlik edir. Artıq neçə illərdir ki, Yəməndə siyasi qeyri-stabillik hökm sürür.

Gültəkin