Lənkəranda fitnes zalı yandı

Lənkəranda fitnes zalında yanğın hadisəsi baş verib. 
 
Vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli fitnes zalının 2-ci mərtəbəsində zalın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
 
Fitnes zalının qalan hissəsi yanğından mühafizə olunub. 
 
Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.