Ərdoğan Ukraynada etirazla qarşılandı

Ukraynada rəsmi səfərdə olan Türkiyə prezident Ərdoğanı kiçik bir qrup etirazla qarşılayıb. Əllərində "Taksim Meydanı", "Qatil xoş gəlmədin" şüarları tutan etirazçılar, Ərdoğanın avtoritar siyasətinə qarşı olduqlarını bildiriblər: "O, diktatordur. Bizim köhnə prezidentimiz kimi sülh tərəfdarlarına şiddət tətbiq edir",- deyə aksiyaçılardan bir bildirib. Digər aksiya iştirakçısı isə Ərdoğanın səfərinə görə prezident Poroşenkonu ittiham edib: "Biz preident Poroşenkonun Fransada "Mən Charlie Hebdoyam" şüarı ilə keçirilən dəstək yürüşünə qatılandan sonra Ərdoğanı ölkəmizə dəvət etməsini anlamırıq". Etirazçılar eyni zamanda,  rəsmi Ankaranın İŞİD-ə silah verdiyini və yaralı terroristlərin Türkiyədə müalicə olunduğunu da iddia ediblər.
 
azadliq.info