
Son günlər ABŞ rəsmilərinin Suriya prezidenti Əsədlə bağlı açıqlamaları, dünyanın əsas gündəminə çevrilib. Artıq Əsədlə müzakirələrin aparılması istiqamətində verilən mesajlara, ciddi reaksiyalar gəlməkdədir. Məsələn, ABŞ dövlət katibi Con kerrinin Əsədlə bağlı açıqlamasından sonra Fransa və İngiltərə Xarici İşlər Nazirlikləri Əsədə qarşı münasibətlərinin dəyişmədiyini və Suriyanın gələcəyini Əsədlə təsəvvür etmədiklərini bildirdilər. Hətta İngiltərəli səlahiyyətli Əsəd rejiminin çökməsi üçün gərəkən addımları atmaqda davam edəcəklərini bildirdi. Martın 20-də Ukraynada səfərdə olan Türkiyə prezidenti Ərdoğan da Əsədlə bağı mövelərinə aydınlıq gətirib. Ərdoğan, Suriyanın gələcəyini Əsədlə təsəvvür etmədiyini deməklə yanaşı, ABŞ-ın Əsəd kimi qatili müdafiə etəməsinə inanmadığını da bildirib: "Əsədin başında olduğu Suriyanın artıq rifaha, dincliyə çatması mümkün deyil. Amerika rəhbərliyi və təşkilatlarının da belə bir qatilin arxasında yer alacağını ehtimal etmirəm",- deyə Ərdoğan bildirib.
azadliq.info


