Qatar relsdən çıxdı – 30 ölü, 100 yaralı

Hindistanın şimalında – Ray-Bareli şəhəri yaxınlığında sərnişin qatarının iki vaqonu qəflətən relsdən çıxıb. İlkin məlumatlara görə, qəza nətiсəsində 30 nəfər ölüb, 100 nəfər yaralanıb. Qəzaya qatarın əyləсindəki nasazlığın səbəb olduğu bildirilir. Hökumət hadisə zamanı dünyasını dəyişənlərin yaxınlarına 1,5 min, yaralanan hər sərnişinə isə 800 dollar kompensasiya təyin edib. Bir ay əvvəl də Hindistanda oxşar qəza baş vermiş, nəticədə 10 nəfər ölmüş, 100 nəfər ağır xəsarət almışdı.