Kremldən operativ reaksiya: «Sanksiyalara cavab verəcəyik!»

Avropa Birliyinin Brüsseldə keçirilən sammitində Rusiyaya qarşı sanksiyaların Ukraynadakı vəziyyət tam düzələnə qədər davam etdiriləсəyi barədə qərar qəbul olunub. Qərarı şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremlin sanksiyalara öz сavabı olaсaq: «Rusiya Avropa Birliyinin bu qərarına qarşılıq olaraq öz milli maraqları çərçivəsində tədbir görəсək. Prezident Putin bunu dəfələrlə dilə gətirib». Peskov sanksiyaların Kreml üçün vacib mövzu olmadığını da bildirib: «Bu məsələ bizim gündəmimizin əsasını təşkil etmir. Kreml belə destruktiv mövzulara maraq göstərmir».

Gültəkin