ABŞ İsrailə verdiyi şərtsiz dəstəkdən imtina edir

Ağ Ev, BMT Təhlükəsizlik Şurasında bu günə qədər İsrailə verdiyi şərtsiz dəstəyi nəzərdən keçiriləcəyini açıqladı. Ağ Ev-in sözçüsü Josh Earnest, Netanyahunun əvvəl və sonra tez-tez təkrarladığı "Müstəqil Fələstin dövlətinə əsla icazə verməyəcəyik" istiqamətindəki açıqlamalarından narahatlıq keçirdiklərini bildirib: "ABŞ problemin ən yaxşı həll yolunun iki dövlət arasında qarşlıqlı anlaşmadan keçdiyinə inanır. Müttəfiqimiz artıq bu həll yolunun mümkünsüzlüyünü söyləməkdədir. Bu vəziyyətdə biz də BMT Təhlükəsizlik Şurasındakı mövqeyimizi gözdən keçirmək məcburiyyətindəyik. Bu andan etibarən atacağımız addım bu istiqamətdə olacaq".
 
azadliq.info