Ulusa bağlı bütün yaradılanlar Azərbaycana sevgidən doğmalıdır!

«Milli Atlas»la bağlı alim düşüncələri

 
Yadigar Türkel, fəlsəfə üzrə elmlər doktoru 
 
Bu, uluslararası hüquqa tərs, bağışlanmaz durumdur, ortadan qaldırılmalıdır!  Azərbaycan Respublikasından yayılan bu yanlış politikadan Güney Azərbaycandakı Türklər də özlərinə Türk yox, Azərbaycanlı deməyə başlayıblar. Bundan yararlanan yağılar keçənlərdə Quzey Azərbaycan türklərinin dalınca dedikləri: “XIX yüzildə Azərbaycan xalqı olmayıb” sözlərini “XX yüzildə Güney Azərbaycanda Türk ulusu olmayıb”a çevirib bütün dünyaya yayacaqlar. Biz də bu yalanları düzəltməklə uğraşacaq, düzəldə də bilməyəcəyik. Bu anlamda “Milli Atlas”ın mətninin də bacardıqca türksüzləşdirilməyə çalışıldığı aydın görünür. Bu yazıdakı ələşdirilərin də çoxu bilimçilərdən çox, yanlış politika yürüdənlərədir.
 
başlanğıcı ötən sayımızda
 
Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Parlamentində demişdir: “Əzilməklik görmüş Türk ulusu əzilmiş ulus yaratmaz!”. Azərbaycan Respublikasında heç kimin ulusal hüququ tapdanmamalıdır, çoxun da, azın da hüququ verilməlidir!
Azərbaycan Respublikasının 9 milyon 477 mindən çox yurddaşının bütünü – Türklər, Ruslar, Tatarlar, Yəhudilər, Ukraynalılar, Gürcülər, Ermənilər, Talışlar, Ləzgilər, Kürdlər, Avarlar, Qrızlar, Laklar, Ingiloylar, eləcə də başqaları Türk dilinin deyiminə, çağdaş politoloji düşüncəyə uyğun – Azərbaycanlıdır. Ancaq etnik varlıq olaraq
 
Türkdür, Rusdur, Ləzgidir, Qrızdır, Talışdır, Saxurdur, Lakdır…
 
Heydər Əliyevin 1995-ci ildə Azərbaycan Respublikasının dövlət dilinin Türk adının dəyişdirilməsilə bağlı çıxışlarının birində Azərbaycan SSR-in 1978-ci il anayasasında Respublikanın dövlət dilinin Azərbaycan dili yazılması ilə bağlı SSRI-nin başçıları ilə “ciddi danışdığını, onlara bunu istədiklərini, yazacaqlarını kəsinliklə dediyini” deməyinə baxmayın, sözsüz, politiktək danışığında artıq-əksiyə yol verməməyə çalışan Heydər Əliyev bununla bağlı kimlərləsə danışıb, baxışını çatdırıb. Ancaq o, Rus-erməni-sovet-mason bolşefaşizminin totalitar rejiminin başçılarına belə kəskinliklə söz deyəmməzdi! Rus-erməni-sovet-mason bolşefaşizminin insan üyüdən dəyirmanının başçıları Lenindən “Böyük rusiyaçı” olduğunu düşünən Nəriman Nərimanovdan başlamış üzü bəri yox etdirdikləri kimi,
 
Heydər Əliyevi bir anda öldürərdilər.
 
Azərbaycan KP MK-nın ikinci katibi Yuri Puqaçovun 15 aprel 1978-ci ildə keçirdiyi toplantıda doğrulanmış qərarın bir bölümünü Rus dilindən çevirmədən yayımlayırıq: “Uçitıvaya mnoqoçislennıye predlojeniya trudyaşixsya, sçitali bı vozmojnım vklyuçit v III razdel proyekta Konstitusii respubliki, qde reç idyot o nasionalno-qosudarstvennom i administrativno-territorialnom ustroystve Azerbaydjanskoy SSR, statyu ob upotreblenii yazıka v qosudarstvennıx i obşestvennıx orqanax respubliki, izlojiv yeyo v sleduyuşey redaksii: ”Qosudarstvennım yazıkom Azerbaydjanskoy Sovetskoy Sosialistiçeskoy Respubliki yavlyayetsya Azerbaydjanskiy yazık" (Azərbaycan Respublikası Prezidentinin Işlər Qurmunun Politik Bəlgələr Arxivi. F.1, sıra N 65, sax. vah., N52).
Baxın, qərarda olarsa (sçitali bı vozmojnım) deyilir, olmalıdır! – yox. 
Heydər Əliyev 1978-ci ildə Türk dili deyəmməzdi, bu anlayış o çağlar ola bilər, onun bilincində də yox idi. Ancaq o, 1978-ci ildə gördüyü yaxşı işi 1995-ci ildəki pis işilə bütünlüklə dəyərdən saldı! 
Azərbaycanın yurdsevər aydınlarını 20 il qabaq edilmiş bu “Tarixi yanlış”ı düzəltmək üçün dönmədən çalışmağa çağırırıq!
Biz Rus, Erməni adlı, bir-birini tutan güclü yağı ilə Azərbaycan savaşındayıq. Bu böyük savaşı buduğun, saxurun, talışın, qrızın, tatın… adı ilə sürdürmək olmaz! Bu, onsuz da 200 ildir sürəkli yenildiyimiz savaşda yüzdəyüz uduzmaq olar. Bunu anlamalı, Azərbaycan Respublikasının ideoloji işlərini düzgün qurmalıyıq! 
Azərbaycan Respublikasının anayasasında Ulusal azlıqlar anlayışı yoxdur. Bu, Azərbaycanda 2-ci sort ulusun olmadığını göstərir. Azərbaycan Republikasının bütün yurddaşları özgür, ayrı-seçkiliksiz yaşayır. Ancaq bu konuya dünya politologiyasında, politikasında önəm verildiyindən “Milli Atlas”da bu yöndə bir sıra ideoloji sözlər yazmaq, “Böyük Ermənistan” yuxusu ilə aldadılıb, “böyük güclər”in gerçəkdə qumara qoyduğu Erməni ulusunu da gəlib gözəl Azərbaycanda yaşamağa çağırmaq gərəkdi. Atlasyazanlar öyməçiliyə qurşandıqlarından gərəkən ideoloji işləri unudublar.
“Milli Atlas”dakı “Dini – islam” yanaşmasını araşdıraq. Azərbaycan Respublikası anayasasının 7-ci düzüyündə deyilir: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Anayasa ilə yönətilən dünyəvi respublikanı dünyaya az qala “din dövləti” kimi tanıtmaq bağışlanmazdır! 
Azərbaycan Respublikası anayasasının 18-ci düzüyündə deyilir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır”. Bu anlamda Azərbaycan Respublikasının seçilmiş Prezidentinin Andiçmə törənində əlini Qurana basması da düzgün deyil. Yarın Rus yurddaşlar bəs niyə Incilə yox, Yəhudilər isə niyə Tövrata yox, sorarsa nə deyəcəksiniz?!.
Dünyəvi dövlətçilik yönündən yanaşanda, müsəlmanların Qurban, Ramazan din bayramlarının iş günü olmaması da düzgün deyil! Bizim böyüklərimiz, bilginlərimiz – Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə Rusiya Imperiyasında keçirilən Xristian din bayramlarının müsəlman Türklərin yaşamını pozmasından felyetonlar, politik yazılar yazıblar. Bunu gözə almaq gərəkir.
Bu, anayasaya tərs düşüncə 286-cı səhifədə yenidən verilib: “Əhalinin əsas dini islam dinidir”. Azərbaycan Respublikasının Anayasasında belə düzük yoxdur! Anayasanın 18-ci düzüyündə deyilir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında birdir”. Azərbaycan Respublikasında yaşayanların çoxu müsəlmandır demək istəyirdinizsə, Türk dilində anlamlı cümlə quraydınız! 
“Demokratik, hüquqi, dünyəvi” Azərbaycan Respublikasını din dövləti görmək istəyənlər yanılırlar! Azərbaycanlılar onları Islam dininin qara çadrasına bürüyüb çağın çöplüyünə atarlar!
“Milli Atlas”ın “Tarix” bölməsi sözsüz, Azərbaycanın “baş tarixçisi” Yaqub Mahmudovun gözləmində yazılıb. Tarixçidən çox politikan olan Yaqub Mahmudov bu günlərdə sayğın yurddaş, Azərbaycanın bağımsızlığı üçün çalışıb, indi də demokratikləşməsi üçün vuruşan, dönməz azərbaycançı Cəmil Həsənlini Talış xanlığı yazdığına görə az qalmışdı dar ağacından asdırsın. Kərim Şükürov da “Azadlıq” qəzetində Cəmil bəyi gözdən salacağı düşünülən, ancaq elə bir dəyəri olmayan yazı yazmışdı. Ancaq Yaqub Mahmudov nədənsə coğrafiyaçılara Talış dağları yazmayın! – deməyib, deməkdən çəkinib, deyəmməyib?!
Ata-babanın yurdunu qorumayıbsan, yadlar gəlib onun tarixini, yer-yurd adlarını anladığı, istədiyi kimi yazıb, xəritəsini istədiyitək çəkib. Özünə lovğa-lovğa müsəlman deyib, Salyandan o yanda yaşayanlara Talış, Sumqayıtdan qüzeydəkilərə Ləzgi, şamaxılılara Tat, Qubadlılı, Laçınlıya Kürd deyirsən, iş işdən keçəndən sonra da durub, bu niyə belə olub? – sorursan!
Yalançı bahadırlıq ancaq ürək bulandırar, yurdumuza qovğa salar! Çəkilin bu yoldan, atın ikiüzlü yaşamağı, aldatmayın 9,5 milyon Azərbaycanlını, qoyun sevgi-sayğı ilə yaşasınlar, onsuz da dış yağılar əlində qalıblar, içdə yağıçılıq törətməyin!
“Tarix” bölməsini yazanlardan biri S.A.Rüstəmova-Tohididir. “Gördü”də uzun-uzadı danışan “baş tarixçi” Yaqub Mahmudova bu adamın 2013-cü il aprelin 22-də AMEA-nın FHI-də alimləri yığıb: “biz Erməni öldürmüşük, daha çox da 1905-ci ildə”, deyə “timsah göz yaşları” tökməsi, “Fətəli Xanın 3 gün Badamdarda durub Bakıya girmədiyi, ermənilərin buna görə də onu öldürdüklərini”, eləcə də başqa “Erməni yalanı” dediyi, Yadigar Türkelin o, ANTIAZƏRBAYCAN, ANTITÜRK yığnağını pozduğu çatdırılsa, “baş tarixçi” özü də: “bu qadın gedib orada-burada ağlınagələnləri danışır” desə də, “Milli Atlas”ın “Bakı”, “Abşeron yarımadası” bölümlərini Tohidi kimi adama yazdırmasını anlamaq olmur! 
Insan bilinci iki qatdır, üst qat, alt qat. Alt qat bilincin yüzdə 60-70-ni oluşdurub anadangəlmədir, genetikdir. Yüzdə 30-40 olan üst qat sosialdır, yaşam boyu oluşur, gəlişir. Oxumuş, bilgin adamlar, aydınlar daha çox üst qatla yaşar, alt qatın biolojiliyinə yenilməzlər. Toplum da belədir, onu oluşdurarlar. Bu anlamda bilim, kültürcə geri toplumlar insanlartək bilincin alt qatından çətinliklə çıxırlar. “Milli Atlas”ı yazanlardan çox yazdıranlar 20 Yanvar qırğınından danışarkən aşağı düşüncə ilə yanaşıb təkcə Heydər Əliyevin Moskvada bu qırğından danışdığını yazıblar, gerçəksə başqadır: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova Ali Sovet başçısının radiosu ilə qırğına kəskin qarşı çıxıb, törədilənləri dünyaya çatdırıb. Bundan başqa, “Azadlıq” radiosunun sunucusu Mirzə Xəzər Rus-erməni-sovet-mason bolşefaşistlərinin törəmələrinin törətdiyi bu qırğını durmadan dünyaya çatdırıb. Heç kimin əməyi şişirdilməməli, kiçildilməməli, unudulmamalıdır!
Azərbaycan dövləti adından danışanlar 9,5 milyon Azərbaycanlının birini o birindən ayırmamalı, artıq-əksik tutmamalıdır! 
“Milli Atlas”ın 37-ci səhifəsində yazılıb: “XX əsrin 60-cı illəri Azərbaycan tarixinə sosial-iqtisadi və mənəvi inkişaf baxımından geriləmə və durğunluq dövrü kimi daxil olmuşdu. Bu proses SSRI rəhbərliyinin də diqqətindən yayınmamışdı”. 
Tərsinə, Azərbaycan Cümhuriyətini XI Ordunun əlilə devirən Rus-erməni-sovet-mason bolşefaşistlərinin Azərbaycanda törətdiyi 40 illik gerçək soyqırımdan sonra 60-cı illərdə öncə Imam Mustafayev, sonra isə Vəli Axundovun başçılığında yavaş-yavaş ulusal oyanış, dirçəliş başladı. SSRI-nin başçılarını da bu quşqulandırmışdı, bunun qarşısını almaq gərəkirdi. Heydər Əliyev də dediyiniz “mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması” üçün bu görəvə qoyuldu. 
Bu anlamda “Milli Atlas”da XX yüzilin 60-cı illərini gerilik sayıb, “səksəninci illər durğunluq dövrü”ndən başqa ikinci bir “durğunluq dövrü” anlayışı uydurmaq, Azərbaycanın ancaq 1969-cu il iyunun 14-dən dirçəldiyini yazmağa çalışmaq Azərbaycan tarixinə qarayaxmadır, keçməz! 
Baş çıxışçı, özü də akademik (Doğrusu, heç eşitməmişdim!) Qərib Məmmədov “Milli Atlas”ın dövlətin göstəricilərindən sayıldığını dedi. Bəlli politoloji biliklərə görə bu sözlər bütünlüklə yanlışdır, heç bir politologiya bitiyində belə bir baxış görməmişik! “Milli Atlas” dövlətin göstəricilərindən deyildir! 
Çıxışçılardan biri – akademik danışmağa belə başladı: “Öncə atlasın nə olduğunu sizə başa salım!”. Insan bilincaltı ilə yanılıb ağzından yanlış söz çıxara bilər, bu, fiziolojidir, anlaşılandır. Ancaq AMEA-nın akademiklərini, elmlər doktorlarını, fəlsəfə doktorlarını yığıb (Qıraqdan çağırılanlar da oxumuş, sayğın, seçkin adamlardı) atlasın nə olduğunu “başa salmaq” çox ayıbdır, danışığını bilməməkdir! 
Azərbaycan AMEA-da Birinci Pyotr çağından qalma akademik, müxbir üzv kimi dəyərsiz “ƏYAN”lara gərək yoxdur! Içdənlikcə ən demokratik quruluş olan AMEA-da köklü yenidənqurma keçirilməli, bu qurumun yönətim quruluşu başdan-başa demokratikləşdirilməlidir! Son 27 ildə Azərbaycan elminə, politologiyasına, toplumsal-politik düşüncəsinin oluşmasına, idmanına az-çox qulluq etmiş, Azərbaycanın demokratikləşməsi üçün çalışmış, dönməz ulusalçı yurddaş kimi, sizdən AMEA-da köklü demokratik dəyişikliklər etməyi istəyir, institutların şöbə müdirlərindən direktorlarına AMEA-nın prezidentinədək bütün görəvlilərin açıq demokratik seçkisini keçirməyi diləyirəm!
Bilim özgürdür, özgündür. Onu “elmi işçi”yə 160-200 manat donluq verməklə gəlişdirmək olmaz! O, yüksək maddi-mənəvi qayğı, özgür psixoloji ortamda yaranar, gəlişər! Ikinci yol yoxdur! Bunu iki min beş yüz il qabaq Aristotel də deyib, ondan qabaq kim deyib, bilmirəm. Azərbaycanda isə bilim qıcıq enerjisi, impulsiv güclə yaradılır, o isə tez tükənəndir! 
Ulusal düşüncənin oluşmasında çox böyük önəmi olan belə konulardan yurddaşları yaxşı yöndə etkiləyəcək sözlər yazarlar. “Milli Atlas”da isə belə apolitik bir düzməcə yazılıb: “Lakin Azərbaycan Xalq Cümhuriyətinin dövlət suverenliyini tanımaq istəməyən Sovet Rusiyası XI Qırmızı Ordu hissələrini Bakıya göndərdi”. 
Elə bil, Rus-erməni-sovet-mason bolşefaşistlərinin 72 min 472 əskər-subaylı ac-yalavac ordusu Bakıya gəzməyə gəlirmiş. Bu, bolşefaşist Ordusunun Gəncə, Tərtər, Ağdam, Şəki, Zaqatala, Lənkəran, Quba, eləcə də Azərbaycanın başqa yerlərindəki ayaqlanmaları yatırarkən törətdikləri ağlasığmazlıqların üstünü belə yanıltmaclarla örtməkmi istəyirsiniz? Bu ordunun 1919-cu ildə Bakıda sahə polisi işlərkən pristav Həbibəyovun alkoqolikliyinə görə polisdən qovdurmaq istədiyi, ancaq Bakı Baş Polis Qurumunun başçısı Ahicanovun “türklüyü”-humanizmi üzündən qovulmayan, Nizami Gəncəvinin “divəbənzər rusu”na oxşar, bağışlanmaq diləkcəsində “beş adamlıq ailəmi çörəksiz qoymayın” yalvaran Semyon Pankratovun başçılıq etdiyi ÇK-sının 3 dəqiqəlik məhkəmələrinin minlərlə azərbaycanlını sorğusuz-sualsız öldürməsini belə düşüncəsiz sözlərlə örtmək olmaz!!!
Biz, bütün yolsuzluqlara, insan hüquqlarının, başqa demokratik dəyərlərin tapdanmasına, ulus qarşısında gün-gündən artan sorumsuzluğa baxmayaraq, Azərbaycan Respublikasını atlasyazdıranların ayrıla bilmədiyi Rus-erməni-sovet-mason bolşefaşizminin SSRI dövlətindən çox-çox üstün sayırıq, ona bütün varlığımızla bağlıyıq, yüksəlişini, daha da demokratikləşməsini istəyirik!
ardı var