İran neft hasilatını artıra bilər

İran, sanksiyaların ləğv edilməsinə dair bir razılıq əldə edilməsindən qısa bir müddət sonra istehsalını yüksəldərək gündəlik neft hasilatını bir milyon barrel artıra biləcəyi və yenidən OPEC-in ikinci ən böyük istehsalçısı ola biləcəyi barədə bəyanat verib. Sektor müşahidəçiləri ümumiyyətlə belə bir potensialın olduğu istiqamətində fikir birliyində olsalar da, təşəbbüsün reallaşdırılmasında həmfikir deyillər. Çünki sanksiyaların ləğv edilməsi prosesi ləng gedir. İran hökuməti daha da irəli gedərək istehsalı 2 milyon barrel artırmağı planlaşdırdığını desə də, ölkədə çalışmış olan iki sektor nümayəndəsi bunu həyata keçirməyin 5 il qədər bir müddət alacağını və milyonlarla dollarlıq investisiya tələb edəcəyini qeyd edib. İran, nüvə proqramı ilə bağlı beynəlxalq güclərlə İyun ayına qədər razılığa gəlmək niyyətindədir.
 
QİYMƏTLƏRİ DAHA DA UCUZLAŞDIRA BİLƏR
 
İranın neft hasilatını artırması bazarda neft təklifinin artacağı deməkdir. Bu da onsuz da aşağı olan neft qiymətlərini bir az da aşağı sala bilər.