Ön cəbhədə düşmənə ağr zərbə

Düşmən təxribatlarının qarşısı onun xeyli itki verməsi ilə alınıb.

Müdafiə Nazirliyindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib ki, qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.

Martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.