ABŞ prezidenti Barak Obama martın 18-də Klivlenddəki çıxışında seçkilərdə məсburi səsvermənin tətbiqindən danışıb. Obamanın fikrinсə, bu, ölkəyə fayda gətirə, siyasətdə də сanlanma yarada bilər: «Hökumət insanların səsvermədə iştirakını sadələşdirməlidir. Hazırkı vaxtda isə bəzi seçicilər seçki məntəqələrinə gəlib çıxa bilmirlər. Səsvermənin məcburi olduğu ölkələr var. Əgər hüququ çatan hər kəs seçkidə iştirak etsəydi, Amerika siyasəti dəyişərdi. Bu həm də partiyaların və siyasətçilərin seçkiöncəsi kampaniyaya xərclədiyi pulların qarşılığı olardı».
Obamanın fikrincə, ABŞ-ın bəzi ştatlarında seçiciləri məntəqələrdən uzaq tutmaq cəhdləri var. Ağ Ev rəhbəri bununla respublikaçıların rəhbərlikdə olduğu ştatlarda bu kimi problemlərin mövcudluğuna eyham vurub.
Məcburi səsvermə dünyanın 20-dən artıq ölkəsində tətbiq olunur. Bunların arasında Belçika, Braziliya və Argentina da var. Bu ölkələrdə seçkiyə gəlməyən vətəndaşlar bunun səbəbini izah edən rəsmi sənəd göstərirlər. Əgər səbəb keçərli olmasa, həmin vətəndaşa pul cəriməsi kəsilir.
Artıq neçə illərdir ABŞ-da seçki fəallığı aşağı səviyyədədir. Ötən il Konqresə seçkilərdə seçicilərin cəmi 37 faizi iştirak etmişdi. Bəzi ekspertlərin fikrincə, bu halda əsasən öz
tərəfdarlarını seçki məntəqələrinə gətirə bilən partiya və liderlər qazanmış olur.
Gültəkin


