Bakıda nazirlik binasında cinayət

Martın 17-də saat 17:50 radələrində, Nəsimi rayonu, Mir Qasımov küçəsi-1 ünvanında, Səhiyyə Nazirliyinin inzibati binasında 1985-ci il təvəllüdlü Şahmuradova Dürdanə Vaqif qızının pul kisəsindən 135 (yüz otuz beş) manat pul oğurlayan şəxs tutulub. Lent.az-ın məlumatına görə, qadının pulunu götürərək qaçmaq istəyən 1972-ci il təvəllüdlü Süleymanov Vüqar Müsəllim oğlu Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə təhvil verilib.
 
Faktla bağlı Nəsimi RPİ-nin 20-ci PB-də araşdırma aparılır.
 
Qeyd edək ki, V.Süleymanov əvvəllər məhkum olunub.