“Rektorun qızını döyən”ə həbs verildi

Bu gün Bakı Apelyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Məmmədov qardaşları ilə bağlı prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb.
 
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda Zaur Məmmədov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
 
Digər qardaş – Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.