Liberman Netanyahu qarşısında tələb qoydu

İsrailin xarici işlər naziri Aviqdor Liberman, yeni qurulacaq hökumətdə müdafiə naziri olmaq istədiyini bildirib. Martın 17-də keçirilən seçkilərdə 5 yer itirən "İsrail Beytenu" (Evimiz İsrail) partiyasının lideri Aviqdor Lieberman, koalisiya hökumətinə qatılmaq üçün bəzi şərtləri olduğunu bildirib:  "Tələblərimiz açıqdır. Bunları gizlətmədik. Müdafiə Nazirliyi də bu tələblər sırasındadır. Müxalifətdə qalmaq istəmirik, amma müəyyən tələblərimiz qarşılanmasa, koalisiyaya hökümətində təmsil olunmayacağıq". Xatırladaq ki, seçkidən öncə Qəzza zolağı ətrafındakı qəsəbələri ziyarət edən Lieberman, müdafiə naziri olacağı təqdirdə, "Həmasla" son döyüşə girəcəyini bildirmişdi.
 
azadliq.info