BBС Qubaşevlərin İnquşetiyadakı evində oldu

Zulay Qubaşeva: «Övladlarımı böyük siyasi oyuna alət ediblər»
 

«Onlar bir milçəyi belə, inсitməyiblər, neсə qatil ola bilərlər?!»
 
Boris Nemtsovun qətli üzrə saxlanılan beş nəfər arasında Qubaşev qardaşları da var. Qardaşlardan birinə – 33 yaşlı Anzor Qubaşevə işdəki əsas fiqur Zaur Dadayev kimi, qətl törətmək və qanunsuz silah gəzdirmək ittihamları irəli sürülüb. Digər qardaş – 32 yaşlı Şahit Qubaşevin isə nədə ittiham olunduğu hələlik bilinmir. Amma digər saxlanılanlar kimi, qardaşlar da günahsız olduqlarını, Nemtsovu öldürmədiklərini bildirirlər.
 
BBС-nin reportyoru Sara Reynsford Qubaşev qardaşlarının ailəsi ilə görüşmək üçün onların ata yurdunda – İnquşetiyada olub. Jurnalist Qubaşevlərin ailə üzvləri, həmyerliləri və tanışları ilə söhbət aparıb.
 
Söhbət boyu göz yaşlarına hakim ola bilməyən ana Zulay Qubaşeva deyir ki, oğlanları qatil ola bilməz: «Mən əminəm ki, onlar günahsızdılar. Bunu Allah qarşısında deyirəm. Onlar heç bir milçəyi inсitməyən uşaqlardır, neсə qatil ola bilərlər?! Əgər qatil olduqlarını düşünsəydim, deyərdim ki, onlarla nə istəyirsiniz edin. Axı bu doğru deyil. Onlar heç vaxt bunu eləməzlər. Övladlarımı böyük siyasi oyuna alət ediblər».
 
Z.Qubaşeva ailəsinin Moskvadakı siyasi olaylara qarışmadığını, lakin Nemtsovun qətlinin siyasi motivli olduğunu deyir: «Mən həmişə oğlanlarımın evlənməsini və nəvələrimin olmasını arzulamışam. Onlarla həmişə eyni mövzunu danışırdıq – Moskvadan gəlsinlər və və evlənsinlər…».
 
Bacıları Rumiza da Qubaşevlərin bu hadisədə iştirakına qətiyyən inanmadığını bildirib. Onun sözlərinə görə, qardaşları olduqca mehriban və mərhəmətlidir: «Onlar on il əvvəl iş tapmaq üçün İnquşetiyanı tərk
 
edərək Rusiyaya üz tutublar. Qardaşlarım günahkar olsaydı, gizlənərdilər. Amma onlar bunu etmədilər. Onları tezliklə görəcəyimə ümidim yoxdur».
 
Yerli sakinlər qardaşların qatil olacağına və Nemtsovun qətlinin dini motivə görə həyata keçirildiyinə inanmırlar. Şahidlər Qubaşevlərin hansı şəraitdə həbs olunduğunu da təsvir ediblər. Belə ki, Qubaşevlər Nemtsovun qətlindən sonra İnquşetiyaya qayıdıblar. Rusiya Federal Təhlükəsizlik Xidməti onları məhz burada yaxalayıb. Şahidlər deyir ki, saxlanılma zamanı qardaşların əllərini bağlayıblar, başlarına torba keçiriblər.
 
Gültəkin