Yol polisinin maşını belə yandı VİDEO

Sumqayıtda baş verən yanğın anbaan kameraya düşüb
 
Azərbaycanda yol polisinə məxsusu avtomobil yanıb. Hadisə bu gün səhər saatalarında Sumqayıt şəhərində baş verib. Yanan maşın Sumqayıtda Dövlət Yol Polisinə məxsus olub. Yanğın videosunu ANS PRESS-ə oxucumuz Tima Qənbərov göndərib. Videoda da aydın görünür ki, yanğın BMW markalı avtomobilin salonunda başlayıb. Alovlar arxa pəncərədən çıxıblar. Avtomobili isə tüstü bürüyüb. Yanğınla bağlı yol polisinə kömək üçün yaxınlıqdakı vətəndaşlar qaça-qaça hadisə yerinə gəliblər. 
 
Yanğın videosunu təqdim edirik.