Rusiya Fransaya sifariş etdiyi Mistral tipli 2 döyüş gəmisini təhvil ala bilmir. Xatırladaq ki, Rusiya 2011-ci ildə Fransaya iki gəmiyə görə 1,5 milyard dollar ödəyib. Gəmilərin 2014-cü ilin noyabrında təhvil verilməsi nəzərdə tutulsa da, Rusiyanın Ukraynaya təcavüzündən sonra Fransa prosesi durdurmaq qərarı verib. Artıq gəmilərin təhvil verilməsinə ümidini itirən Rusiya, gəmilərə görə ödədiyi 1,5 milyard dolları tələb edir. Fransa tərəfi isə yalnız may ayında məsələyə aydınlıq gətirə biləcəkərini bildirib. Xatırladaq ki, bu Rusiyanın sifariş verdiyi Mistral tipli gəmidə 16 ədəd NH90 və ya Tiqr sinif vertolyot, 13 ədəd AMX-56 tank, 70 zirehli vasitə və 450 nəfərlik tam təchizatlı hərbi birlik yerləşə bilər. Gəmidə 69 yataqlı xəstəxana ilə təbii fəlakətlərdə köməkçi birlik də fəaliyyət göstərə bilər.
azadliq.info