Moskva meriyasında 3 min nəfər ixtisar edilir

Moskva meriyasında iyulun 1-ə qədər işçilərin 30%-nin ixtisar ediləcəyi planlaşdırılır. Ümumilikdə 3 mindən artıq adam işdən azad ediləcək. Bu barədə paytaxt meri Sergey Sobyanin məlumat verib. O həmçinin təkcə vakansiyaların deyil, real işçilərin də ixtisara salınacağını da qeyd edib. 
Eyni zamanda merin və Moskva hökuməti üzvlərinin əmək haqqı 10% azaldılacaq. 
azadlıq.info