Dövlət başçılarının yarıdan çoxu Kremlin dəvətini rədd edib
Qərb liderlərinin, eləcə də Avropanın nüfuzlu təşkilat rəhbərlərinin əksəriyyəti mayın 9-da Rusiyada qələbə günü ilə bağlı keçiriləcək parada qatılmayacaq. Onların Rusiyanın dəvətini qəbul etməmə səbəbi Kremlin Ukrayna ilə bağlı məlum siyasətidir.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Qərb liderlərini Moskvaya gəlməyə qoymayan ABŞ və Avropa Birliyinin aqressiv qanadıdır. Nazir Sergey Lavrovun sözlərinə dəvət edilən 68 dövlət başçısından 26-sı mərasimdə iştirak edəcəyini bildirib. Həmçinin Avropa Şurası və YUNESKO-dan da dəvəti qəbul edənlər var.
Qeyd edək ki, Avropa Birliyi ölkələrindən hələ heç bir lider paradda iştiraka razılıq verməyib. Üstəlik Ukrayna və Avstriyanın Rusiyadakı səfirlikləri həmin gün rus diplomatlarının təşkil etdiyi ziyafətdə iştirak etməyəcəklərini bəyan ediblər.
Gültəkin


