Fransada "Monako" "Arsenal"ı qəbul edib. Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa klubu cütün favoriti hesab olunurdu. "Arsenal" rəqib meydanında 2-0 hesablı qələbə qazansa da, bu növbəti mərhələyə keçmək üçün yetərli olmadı.
Madriddə "Atletiko" klubu Leverkuzen "Bayer"ini qəbul edib. İlk görüşdə Almaniya klubu 1-0 hesablı qələbə qazanmışdı. Oyunun əsas vaxtı Madrid klubunun 1-0 hesablı qələbəsi ilə başa çatdı. Əlavə vaxtda tərəflər fərqlənə bilmədi. Penalti seriyasında isə "Atletiko" oyunçuları daha dəqiq oldu və növbəti mərhələyə adladılar.