Bakıda küçədə silahlı inident – Bir nəfər yaralanıb

Dünən günorta saatlarında Bakıda silahlı isident yaşanıb. 
 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, martın 16-ı saat 17 radələrində Naxçıvan şəhər sakini Cəfər Ağamalıyev başından xəsarət almış vəziyyətdə xəstəxanaya yerləşdirilib. 
 
Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin həmin gün saat 15 radələrində Həsənoğlu küçəsində baş verdiyi məlum olub. Hadisəni Bakı sakini 1979-cu il təvəllüdlü Rəşad Həsənov tərəfindən törədildiyi məlum olub. 
 
R.Həsənov tapançanın qundağı ilə tanışı olan C.Ağamalıyevin başından vurub, sonra isə havaya atəş açaraq oradan uzaqlaşıb. Hadisə yerindən 2 ədəd patron və 1 boş giliz aşkar olunub. R.Həsənovun saxlanılması üçün əməliyyat axtarış tədbirləri davam etdirilir.