Almanlar Merkeldən film çəkəcək

Almaniya kansleri Angela Merkelin həyatı və siyasi fəaliyyətindən bəhs edən bədii film çəkiləcək. Filmin 2017-ci ildə satışa çıxacağı bildirilir. «AVE Gesellschaft fur Fernsehproduktion»un çəkəcəyi filmin ssenari müəllifi tanınmış alman jurnalist, «Der Spiegel»in əməkdaşı
 
Dirk Kurbyuvaytdır. Jurnalist bundan əvvəl Merkel haqda bir neçə kitab da yazıb: «Merkel müasir dövrün olduqca maraqlı siyasətçilərindəndir. Mən uzun illərdir onun fəaliyyətini izləyirəm. Ona həmişə heyran olmuşam».
 
Filmdə Merkeli kimin canlandıracağı hələlik bəlli deyil.
 
Gültəkin